UEFA Millətlər Liqası: İspaniya yarımfınalda İtaliyanı məğlub etdi

UEFA Millətlər Liqası: İspaniya yarımfınalda İtaliyanı məğlub etdi
UEFA Millətlər Liqasının A qrupunun yarımfinal mərhələsində İspaniya milli komandası səfərdə İtaliya yığmasını məğlub edib.

Sfera.az-ın məlumatına görə, oktyabrın 6-da Milanda baş tutan görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qalib komandanın heyətində Ferran Torres dubl edib. İtalya komandasının heyətində Lorenso Pelleqrini fərqlənib.

İkinci hissənin sonundan etibarən ispanlar çoxluqda oynayıblar. İtaliya müdafiəçisi Leonardo Bonuççi qırmızı vərəqə alıb.

İspaniya millisinin rəqibi oktyabrın 7-də keçiriləcək Belçika - Fransa matçının qalibi olacaq.

OXŞAR XƏBƏRLƏR