“Türkiyənin bölgədə güclənməsi İranı narahat edir” – Zərifin Bakı səfəri nəyə hesablanıb?
17:04 / 25.01.2021
2407
"Zərifin
səfəri Cənubi Qafqazda İranın mövqeyini artırmağa hesablanıb”.
Bu sözləri
Sfera.az-a açıqlamasında İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Bakının
ardınca, Moskva, Tiflis, İrəvan və Ankaraya gözlənilən səfərinin məqsədini dəyərləndirərkən
politoloq Məhəmməd Əsədullazadə deyib:
"Cavad Zərif
hələ ötən ilin oktyabrında regiona səfər etməli idi. Amma müəyyən səbəblərdən o
zaman alınmadı. İndi Türkiyə Prezidenti Ərdoğanın altılıq platformasını elan
etməsindən sonra Tehran bundan iatifadə edib, Cənubi Qafqazda mövqeyini gücləndirəcəyini
düşünür. Bu aspektdə də Zərifi bölgə səfərinə çıxıb”.
Politoloq
bildirib ki, bölgəmizdə Türkiyənin güclənməsi İranı ciddi şəkildə narahat edir:
"Bakıdan sonra İran XİN rəhbərinin Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfər
etməsi Cənubi Qafqazda öz mövqeyini, rolunu artırmağa hesablanıb. Çünki İran
bölgədə Türkiyənin güclənməsindən narahatlıq keçirir. Zərifin Tiflislə İrəvana
gözlənilən səfərləri isə görüntülü bir səfərdir. Bu iki ölkə ilə İranın hər
hansı bir divident əldə edəcəyini gözləmirəm.
İran üçün önəmlisi Bakı, Moskva və
Ankaraya səfərlərdir. Müharibə dövründə Rusiya, Türkiyə və Azərbaycan birgə
platformadan çıxış ediblər. İranı isə bu platformadan kənar qoyublar. Görünür,
Tehran da özünü burada görmək istəyir. Bütün hallarda İranın altılıq
platformasının yaradılmasında vasitəçi rolunda çıxış etdiyini düşünmürəm. Bu vəzifənin
ona həvalə edildiyi qənaətində deyiləm. Azərbaycan və Türkiyə buna razı ola
bilməz”.
Elçin
Sfera.az