Türkiyənin Azərbaycana dəstəyi Ermənistanı təşvişə saldı - Təcili məktub

Türkiyənin Azərbaycana dəstəyi Ermənistanı təşvişə saldı - Təcili məktub
 
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yaşanan gərginlikdə Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəkdən narazılığını ifadə edib.

Sfera.az  teleqraf.com-a istinadən xəbər verir ki, Ararat Mirzoyan Avropa Parlamentinin sədri David Sassoli, Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Hendric Dama və ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteliyə məktub yazıb.

O, Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəyin regional təhlükəsizliyə təhdid olduğunu deyib: "Azərbaycan ordusu Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyini alır və bu vəziyyət əlavə gərginlik yaratmaqla yanaşı, regional sabitliyi və təhlükəsizliyi təhdid edir".

Mirzoyan həmçinin Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərini pozduğunu da iddia edib.

OXŞAR XƏBƏRLƏR