No Image
No Image

Türkiyəli general: “Ermənistan ordusu darmadağın edilib”

Türkiyəli general: “Ermənistan ordusu darmadağın edilib”
Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin sabiq hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, Ermənistan 1992-93-cü illərdə başqa ölkələrin dəstəyi ilə işğal etdiyi Dağlıq Qarabağ və Azərbaycanın 7 rayonunu öz silahlı qüvvələriinin böyük uğuru kimi təqdim etməyə çalışırdı. Amma hazırda davam edən müharibədə işğalçı ölkə ağır məğlubiyyətə uğradı.

"Ermənistan silah və hərbi texnikalarının təqribən 60, şəxsi heyətinin 30-35 fazini itirib, strateji mövqelər əlindən çıxıb, 125-ə yaxın məntəqəni itirdiyi üçün geri çəkilmək məcburiyyətində qalıb. Ermənistan rəhbərliyi bunu həm öz xalqına, həm də onu himayə edən ölkələrə anlada bilmir. Çünki 30 il ərzində "çox güclü, qüvvətli orduya" malik olmaları barədə mif yaratmışdır”.

General onu da deyib ki, Ermənistan tərəfi Azərbaycanın guya Suriyadan və digər ölkələrdən döyüşçülər cəlb etməsi ilə bağlı yalan məlumatlar tirajlayır: "Lakin bu yalanı sübut edəcək heç bir dəlil ortaya qoya bilmirlər. İkincisi, bunu yaymaqda məqsədləri Azərbaycan Ordusunun gücsüz olduğunu göstərməkdir. Məlumdur ki, Ermənistan özü müxtəlif ölkələrdən muzdular və terrorçular gətirir. Azərbaycanın cəbhədəki uğurlarını muzdular və terroçulara bağlamaq həm daxilə, həm də beynəlxalq aləmə hesablanıb.
Bunu etmələrinin bir səbəbi də Ermənistan ordusunun darmadağın edilməsidir”.

Y.Karauz hesab edir ki, Ermənistan bu təxribatları ilə beynəlxalq qurumların, o cümlədən BMT-nin diqqətini çəkmək, humanitar atəşkəs adı altında vaxt qazanmaq, uzun müzakirələr dönəminin başlamasına nail olmaq istəyir.

"Lakin, heç nə bu gerçəyi dəyişə bilməz: Şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanı həm masada, həm də meydanda tarixə gömüb. Bu, qələbə - Böyük Vətən müharibəsi Azərbaycanın şanlı tarixində qızıl hərflə yazılacaq”.///Azvision

OXŞAR XƏBƏRLƏR

Laçın narahatlığı: "Bu, BMT qətnaməsi deyil ki..."

"Laçın dekabrın 1-də boşaldılacaq". Sfera.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Ekspert vətəndaşların narahat...

Ara Ayvazyanın yalançı optimizmini ifşa edən 4 tezis – Erməni nazirə çətin suallar

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan son prosesləri dəyərləndirən diplomatik cəbhədə Ermənistanın məğlub olmadığını bəyan edib. Sfera.az xəbər v...

Erməni cinayətləri Meksika mətbuatında: "Atəşkəs imzalanmasına baxmayaraq..."

Meksikanın xarici əlaqələr sahəsində nüfuzlu "PROTOCOLO” diplomatik jurnalında erməni separatizminə qarşı yeni məqalə dərc olunub. Sfera.az xəbər verir ki...

Milli Məclisdə Fransa Senatının qətnaməsinə etiraz bəyanatı müzakirə olunur

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki, etiraz bə...

Rusiya MN-dən Kəlbəcərlə bağlı açıqlama - VİDEO

Rus sülhməramlıları Kəlbəcər bölgəsinə nəzarətin ötürülməsi zamanı üçtərəfli razılaşmanın icrasına nəzarəti təmin ediblər. Sfera.az  xəbər verir ki, ...

Kəlbəcər Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti ilə təhvil verilib - VİDEO

Kəlbəcər rayonu Azərbaycana rusiyalı sülhməramlıların nəzarəti altında təhvil verilib.  Sfera.az xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirli...