Türkiyədə koronavirusdan ölənlərin sayı 7 minə yaxınlaşır

Türkiyədə koronavirusdan ölənlərin sayı 7 minə yaxınlaşır
 Türkiyədə son sutka ərzində koronavirusdan daha 56 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca öz "Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, son 24 saatda 112 213 şübhəli koronavirus testindən keçib, onlardan 1 671-nin cavabı pozitiv çıxıb. Ağır xəstə sayı 1 223 nəfərdir, 1 117 xəstə isə sağalaraq evə buraxılıb.
 
Qeyd edək ki, Türkiyədə ümumilikdə 288 126 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 256 524 nəfər sağalıb, 6 951 nəfər ölüb.


OXŞAR XƏBƏRLƏR