Türkiyədə bütün meşə yanğınları SÖNDÜRÜLDÜ

Türkiyədə bütün meşə yanğınları SÖNDÜRÜLDÜ
Hazırda Türkiyədə söndürülməyən meşə yanğınları qalmayıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib.

"Ölkəmizdəki bütün meşə yanğınları söndürülüb", - deyə Pakdemirli tvitterdəki hesabında yazıb.

O, əlavə edib ki, böyük meşə yanğınlarının başladığı 28 iyuldan Türkiyənin 54 əyalətində 299 yanğın ocağı nəzarət altına alınıb və söndürülüb.

"Nəfəsimiz üçün savaşan meşə qəhrəmanları, var olun”, - deyə nazir digər paylaşımında bildirib.

Daha əvvəl ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...