No Image
No Image

Türkiyə Fransanın CAVABINI VERDİ: "Ciddiyə alınmayacaq dərəcədə gülünc və ..."

Türkiyə Fransanın CAVABINI VERDİ:
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

Sfera.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.

"Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq dərəcədə gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır”, - deyə qeyd olunub.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“BakuBus” bu holdinqin idarəetməsinə verildi - FƏRMAN

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Sfera.az xəbər...

Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmi...

Azərbaycanlılar Xankəndinə niyə köçürülmür? – “Monitorinq Mərkəzi işə başlayandan sonra…”

Ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarab...

SOCAR-ın Müşahidə şurasının sədri Mikayıl Cabbarov oldu

Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. &n...

Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Açıqlama

"Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra ...

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - XİN siyahını yenilədi

Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib. Sfera.az-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildi...