Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? - "Zəngəzur dəhlizi ilə bağlı şərt qoyulacaq"

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? -
"Azərbaycanın 44 günlük müharibədə zəfər çalması regionda yeni reallıqlar yaratdı. Göründüyü kimi, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyini ortaya qoyur”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bu gün Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin Moskvada baş tutan ilk görüşündən danışarkən deyib. O qeyd edib ki, xüsusilə Türkiyə-Ermənistan münasibətlərinin soyuq və gərgin olmasının bir çox səbəbləri var:

"Ən əsası Ermənistanın Osmanlı İmperiyasında "erməni sorqırımı” ilə bağlı iddiaları idi ki, əslində belə bir şey olmayıb, ermənilər sadəcə olaraq bunu iddia edərək Türkiyədən təzminatlar istəyirlər. Həmçinin Ermənistan tərəfi Qars müqaviləsini tanımır və 44 günlük zəfər müharibəsinə qədər də Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlamışdı, konkret şərtləri var idi, bunlar yerinə yetirilməyənə qədər onlarla hər hansısa münasibətlərin qurulmayacağını söyləyirdi.

Bu gün yeni reallıqlar fonunda qeyri-şərtsiz hər iki tərəf nümayəndələr təyin edib və keçiriləcək görüşdə də demək olar ki, münasibətləri yaxşılaşdırmaq üçün ümidlər böyükdür. Xüsusilə də, İstanbul və İrəvan arasında fevralın 2-də ilkin uçuşun reallaşdırılması fikrimcə, bunun üçün əla fürsətdir. Ermənistanın artıq Türkiyəyə qarşı hansısa iddialarla çıxış etməsi və tələb etməsi real görünmür. Çünki bu ölkə elə bir vəziyyətdə də deyil".

Müsahibimiz qeyd edib ki, artıq Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq, sərhədləri açmaq, ticarət əlaqələrini reallaşdırmaq istəyir:

"Bu baxımdan da hansısa bir şərt ortaya qoyulmayacaq. Ancaq Türkiyə tərəfinin əsas şərti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Hesab edirəm ki, Ermənistan buna məcbur olacaq və reallaşdıracaq. Həmçinin bilirik ki, Ermənistan  region üçün önəmli olan Zəngəzur dəhlizinin açılması prosesini  müəyyən dərəcədə ləngidir. Bu layihənin reallaşmasına qısqanclıqla yanaşır. Ancaq Türkiyənin də əsas şərtlərindən biri məhz bu olacaq, çünki onun Ermənistana təsir etmə rıçaqları daha çoxdur. Qardaş ölkədə çoxlu sayda qanunsuz Ermənistan vətəndaşları yaşayır, işləyirlər. Eyni zamanda erməni əsilli türk vətəndaşları ilə bağlı da istənilən addımlar Türkiyə tərəfindən atıla bilər. Ona görə də Ermənistan hansısa şərt irəli sürmədən müəyyən istəkləri fonunda, Türkiyənin şərtlərinin isə reallaşacağı təqdirdə, Ankara-İrəvan münasibətlərində irəliləyiş baş tuta bilər”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. ...

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə yüksə...

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? - "Zəngəzur dəhlizi ilə bağlı şərt qoyulacaq"

"Azərbaycanın 44 günlük müharibədə zəfər çalması regionda yeni reallıqlar yaratdı. Göründüyü kimi, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm ...

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sfera.az  "RİA Novosti”yə istinadən xəbər v...

Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçi...

Paşinyanın yeni məqsədləri... - KTMT-nin iclasında hansı qərarlar veriləcək?

"Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın başçısı Qasım-Comərt Tokayev KTMT üzvlərinə hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafiz...