Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib
 Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
 
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.
 
Məlumatda deyilir: "Uğurlu əməliyyat nəticəsində Fırat Qalxanı əməliyyatı ərazisinə hücum etməyə hazırlaşdığı bilinən 13 PKK/YPG terrorçusu zərərsizləşdirilib".
 
Qeyd edək ki, ötən ilin 9 oktyabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni bir hərbi əməliyyatın başlandığını elan etmişdi.
 
Onun sözlərinə görə, Suriyanın şimalında yeni antiterror əməliyyatı "Sülh bulağı" (Barış Pınarı) adı altında həyata keçirilir.
 
24 Avqust 2016-cı ildə Türkiyə Silahlı Qüvvələri "İslam Dövlətinin" silahlılarına qarşı Fırat Qalxanı əməliyyatına başlayıb və Suriya müxalifətinin dəstəyi ilə
 
Suriyanın şimalındakı sərhəd bölgəsi olan Carablus şəhərini, eləcə də Əl Bab şəhərini azad ediblər. (trend)

OXŞAR XƏBƏRLƏR