Türkiyə MN: Biz susmayacağıq!

Türkiyə MN: Biz susmayacağıq!
Türkiyə Müdafiə Nazirliyi Xocalı soyqırımı və Gəncədə baş verən terror aktı zamanı qətlə yetirilən körpələrin şəkillərini paylaşaraq, Ermənistanın mülki vətəndaşlarımıza qarşı təxribatına susmayacaqlarını bildirib.

Sfera.az xəbər verir ki, Nazirlik Tvitter hesabında yazıb:

"Bəlkə, bu şəkli ilk dəfə görə bilərsiniz, amma Azərbaycan xalqı 30 ildir eyni şəkillə yaşayır. 30 il öncə Xocalıda körpələri qətlə yetirən Ermənistan bu gün də eyni qatilliyə davam edir. Bu mənzərəni görüb susmağa gücü yetən insan oğlu varsa, sussun! Biz susmayacağıq!".

OXŞAR XƏBƏRLƏR