No Image
No Image

“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?

“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?
"Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni, daha geniş imkanlar pəncərəsi açıldı”.

Bu sözləri Sfera.az-a açıqlamasında Aşqabadda Azərbaycanla Türkmənistan arasında imzalanan "Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqıbda Anlaşma Memorandum”unun siyasi əhəmiyyətini dəyərləndirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:

"Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanlı həmkarı Berdımuxamedov arasında videoformatda görüş keçirildi. Görüşün nəticəsi olaraq Xəzər dənizindəki mübahisəli "Dostluq” yatağının birgə istismarı ilə bağlı sənəd imzalandı. Bu sənədin iqtisadi əhəmiyyətilə yanaşı, mühüm siyasi əhəmiyyəti də vardır.

Məlum olduğu kimi, Azərbaycanla Türkmənistan arasında mübahisəli yataqlar məsələsi olub. Hətta bir zamanlar bu mübahisə son dərəcədə kəskinləşmiş, tərəflər səfirlərini belə geri çağırmışdı. O dövrün mətbuatında Xəzər dənizində hərbi gəmilərin toqquşmasına qədər hadisələrin inkişaf ssenarisi də yer alırdı. Münasibətlər kifayət qədər soyuq idi. Lakin son zamanlar iki dövlət arasında münasibətlər xeyli dərəcədə inkişaf edib. Bir çox platformalarda eyni mövqedən çıxış edirik”.

Deputat qeyd etdi ki, Xəzərin hüquqi statusu məsələsinin həllini tapmasında, mübahisəli yataqla bağlı problemin həllində Azərbaycan və Türkmənistan rəhbərlərinin kifayət qədər ciddi rolları olub:

"Nəticədə münasibətlərimizin yüksək səviyyəsi sayəsində mübahisəli neft yatağı ilə bağlı məsələ də öz həllini tapdı. Yataqla bağlı mübahisələrə son qoyuldu. İlk növbədə adı dəyişdirildi, "Kəpəz” yatağı, "Dostluq” yatağı adlandı. Mübahisələrə son qoyulması məhz dövlətlərarası münasibətlərin dostluq səviyyəsində olmasının məntiqi nəticəsidir. Bunun nəticəsində indiyə qədər mübahisəli qalan mühüm bir məsələ öz həllini tapdı”.

E. Nəsirovun fikrincə, bu sənəd bundan sonra Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni imkanlar açacaq: "Bu, bölgəyə əmin-amanlıq, inkişaf gətirəcək. Məsələnin həllini tapması ikitərəfli münasibətlərlə yanaşı, türk dövlətləri arasında əməkdaşlığa da ciddi töhfə verəcək. Bu addım türkdilli dövlətlər arasında əməkdaşlığın bundan sonrakı inkişafına yeni imkanlar açmaq baxımından da əhəmiyyətlidir”.
 
Elçin
Sfera.az


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əliyev-Ərdoğan qardaşlığı gücümüzü artıracaq - TBMM

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümünü qeyd edir, şəhidlərimizin xatirəsinə ehtiram göstəririk. Bu ilə isə ənənəvi anım mərasiminə fərqli şəkildə ...

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Sfera.az&n...

Araik Arutyunyan Yerevanda döyüldü: “Ermənistanın işlərinə qarışma...”

"Araik Arutyunyanın Ermənistandakı anlaşılmaz fəallığı ilə əlaqədar onu özünün və  Artsaxın problemləri ilə məşğul olmağa çağırıram”.   Bunu "...

İlham Əliyevdən Ermənistanda baş verənlərə MÜNASİBƏT

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı...

Paşinyan Putinə zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə baş verən hadisələrlə bağlı Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Sfera.az xəbər verir ki, bunu Kremlin...

Ermənistan polisi də Paşinyana qarşı – 30 polis rəisi birgə bəyanat yaydı + FOTOFAKT

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı xüsusi bəyanatla çıxış edərək baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra düşmən ölkədə siyasi gər...