No Image
No Image

TuranBank MİDA ilə əməkdaşlığa start verdi

TuranBank MİDA ilə əməkdaşlığa start verdi

Ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ilə vətəndaşlara bir sıra güzəştlərdən yararlanmaq imkanı təmin edilir.


 

"Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.


 

Azərbaycanda korporativ və pərakəndə bank biznesi sahəsində geniş çeşidli məhsulları ilə xidmət göstərən TuranBank ASC və "MİDA” MMC arasında müvafiq əməkdaşlıq müqaviləsi 09.02.2021-ci il tarixində imzalanıb.


 

TuranBank 1992-ci ildən etibarən fəaliyyət göstərir. Hazırda Bank 17 xidmət şəbəkəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən etibarlı və şəffaf bankdır.


 

Güzəştli ipoteka krediti, eləcə də Bankın təqdim etdiyi digər məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı qaynar xəttimizə (012 935) zəng edərək və yaTuranBankın rəsmi internet saytını https://bit.ly/3wzJZVZ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.


 

 

TuranBank

Bizimlə etibarlıdır...

 


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əhali qeyri-ərzaq xərclərini azaldıb – RƏQƏMLƏR

2021-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb.  Sfera.az Dövlət St...

Azərbaycanda əməkhaqqları azalır, pensiyalar artır – Belə davam edərsə...

Azərbaycanda orta pensiya məbləğinin orta əməkhaqqına nisbətində artım müşahidə edilir. 2020-ci ildə orta aylıq pensiyanın orta əməkhaqqına nisbəti 42,4 faiz ol...

Azərbaycanın neft ixracı azalacaq - SƏBƏB

2021-ci ildə Azərbaycanın gündəlik xam neft ixracı bir qədər də azalaraq 540 min barelə düşəcək.  Beynəlxalq Valyuta Fondunun (BVF) yeni proqnozuna ə...

Azərbaycan elektrik enerjisinin ixracını artırdı

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayi...

Binəqədidə qəza, qaz təchizatında fasilə yarandı

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 14-cü döngə adlanan ərazidə avtomobil qəza nəticəsində qaz xəttini yararsız hala salıb. Bu barədə Sfera.az-a A...

Yaşa görə pensiyaların orta məbləği XEYLİ ARTDI

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Na...