No Image
No Image

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzulidə də olublar - FOTO

TÜRKSOY və TDƏŞ nümayəndələri Füzulidə də olublar - FOTO
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti işğaldan azad olunan Füzuli rayonuna səfər edib.

Sfera.az  xəbər verir ki, əvvəlcə qonaqlar Füzuli-Şuşa yolunun tikintisi ilə tanış olublar, Füzuli şəhərinin xarabalıqlarına baxıblar. Füzuli şəhərində dağıdılmış məscidin və "Araz” qəzetinin binalarına baxıblar.

Səfər zamanı TÜRKSOY-un dəstəyi ilə yeni nəşr edilən Türkiyənin milli şairi Kenan Çarboğanın "Kitabi-Dədə Qorqud” dastanı əsasında nəzmə aldığı "Korkutname” əsərinin təqdimatı olub.

Nümayəndə heyəti TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, Xarici İşlər Nazirliyinin İkinci Avropa idarəsinin rəis müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktorları Fərrux Cumayev, Bobur Taqayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslərdən ibarətdir.
 
(azərtac)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aygün Muradxanlı: "Əli Həsənov "torba tikən" idi"

"Ramiz Mehdiyev getdi, Əli Həsənov getdi, Səyavuş Novruzov getdi. İslahat daha necə olur?". Sfera.az xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı bildi...

Anar Kərimov Fəxrəddin Altunla görüşdü - FOTOLAR

Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. S...

Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü - FOTO

Martın 1-də xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovu qəbul edib. Xarici İşlər Nazi...

İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını etdi - YENİLƏNİB

Martın 1-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. Sfera.az  xəbər veri...

Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınma mərasimində iştirak etdi - YENİLƏNİB

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda "Ro-Pax” tipli "Akademik Zərifə Ə...

Prezident tvitterdə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım etdi - FOTO

Prezident İlham Əliyev özünün tvitter hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib. Sfera.az "Xocalıya ədalət!" yazılmış həmin pay...