Trampın zəngi Azərbaycanın gəlirlərini 2,6 milyon dollar azaltdı - Vuqar Bayramov

Trampın zəngi Azərbaycanın gəlirlərini 2,6 milyon dollar azaltdı - Vuqar Bayramov
"Ötən həftənin son iş günündə ABŞ Prezidenti Donald Trampın Səudiyyəyə zəngi Brent markalı neftin bir barelinin qiymətinin 74.48 dollardan 71.21 dollaradək azalmasına səbəb oldu. Trampın zəngi nefti qiymətində 5 faizə yaxın azalmaya gətirib çıxarıb".
 
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.
 
Onun sözlərinə görə, qlobal neft təklifini gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq bir zəng neft ölkələrinin "qara qızıl” satışından gündəlik gəlirinin 332 milyon dollar azalmasına səbəb olub: "Mart ayında Azrəbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman Trampın zənginin ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 2.6 milyon azaltdığı aydın olur. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir. Göründüyü kimi, Ağ evdən edilən bir zəng neft bazarındakı qiymət artımlarını tormuzladı və yenidən "qara qızıl” ucuzlaşmağa başladı. Qeyd edək ki, ABŞ Prezidentinin zəngindən sonra OPEK-in hasilatı artıracağı və dünya bazarına daha çox neft çıxaracağı gözlənilir.
 
 
Ekspert hesab edir ki, əgər bir zəng neftin dünya bazar qiymətini hissedilən dərəcədə dəyişə bilirsə, deməli neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır: "Bu, həmçinin "neft bumunun” bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün də həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür.Beləliklə, neftin qiyməti məqbul hesab olunsada belə son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə ilə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi "şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".

OXŞAR XƏBƏRLƏR

"Qərb Rusiya ilə danışıqlara başlaması üçün Zelenskiyə təzyiqə hazırlaşır" - İDDİA

"Qərb ölkələri Ukrayna münaqişəsinin həlli səbəbilə danışıqlara başlamaq üçün Ukrayna lideri Volodimir Zelenskiyə koordinasiyalı diplomatik təzyiq göstərmə...

Tanınmış aparıcı AzTV-dən AYRILDI: "Çox çətindir, amma..." - FOTO

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    Sfera.az xəbər verir ki, o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri...

Millət vəkilləri bu tarixdə 11 məsələnin müzakirəsi üçün TOPLAŞACAQLAR 

Milli Məclisin növbəti iclası mayın 21-də keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib:   1. İnsan a...

Putin: "Rusiyanın Xarkovu tutmaq planı yoxdur"

Rusiyanın Xarkovu ələ keçirmək planı yoxdur.   Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib....

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Cıdır düzündə olublar.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Şuşada Bülbülün ev-muzeyində olublar.   Sfera.az xəbər verir...