Tramp İmran Xandan xahiş edib

Tramp İmran Xandan xahiş edib

ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Pakistanın Baş Naziri İmran Xandan xahiş ediblər ki, İran Prezidenti Həsən Ruhani ilə danışıqlar aparsın və vasitəçilik etsin.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, İmran Xan hər iki liderin xahişini yerinə yetirərək vasitəçilik missiyasına başlayıb və H.Ruhani ilə ilk görüşünü də keçirib. Danışıqlar davam edir. İmran Xan danışıqlardakı müzakirə olunan məsələlər haqqında hələlik məlumat verməyin məqsədəuyğun olmadığını nəzərə çatdırıb.

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası davam edir. Yuxarıda qeyd olunan görüşlər də Nyu-Yorkda BMT-nin mənzil qərargahında baş tutub.

OXŞAR XƏBƏRLƏR