No Image
No Image
No Image

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO

Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA - VİDEO
 
Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur. Artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib.

Sfera.az xəbər verir ki, bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılmaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı gözlənilir.

Xəbəri eşidən şadlıq sarayları da hazırlıq işlərinə başlayıblar və məclislərin yenidən keçiriləcəyi günü gözləyirlər.

Restoran sahiblərinin sözlərinə görə, sözügedən məsələ ilə bağlı İcra Hakimiyyəti orqanları tərəfindən onlarla əlaqə yaradılıb və restoran haqqında müxtəlif məlumatlar qeydə alınıb.

Dünəndən yayılan bu informasiyanın nə dərəcədə düzgün olduğunu öyrənmək üçün İcra Hakimiyyəti orqanları ilə əlaqə yaratmağa çalışdıq.

İcra orqanlarından verilən məlumata görə isə, toyların fəaliyyəti ilə bağlı dəqiq qərar yoxdur, sadəcə restoran və digər qapalı müəssisələrdə monitorinq keçirmişik.

Restoran sahiblər toy ilə bağlı icradan onlarla əlaqə saxlandığını deyir, icra orqanları isə belə bir məlumatın yanlış olduğunu bildirirlər.

Operativ qərargah isə toyların fəaliyyətinin bərpası ilə bağlı yeni qərarın olmadığını bildirir. Restoranlara zəng edib bu məlumatları icra adından kimlərin götürdüyü də sual altında qalır. Ya zəng edən icra orqanının işçisi deyil, ya da ki, toyların fəaliyyəti bərpa olunacaq xəbəri doğrudur, bizə sürpriz edəcəklər.
 

(baku tv)

OXŞAR XƏBƏRLƏR

Ermənilər ölmüş əsgərlərini quyulara atır – İnanılmaz görüntülər

Erməni faşistlər öz əsgərlərinin cəsədlərini xəndəyə atır, həqiqi itkiləri gizlətmək məqsədi ilə meyitləri ailələrinə qaytarmır. Əminik ki, Ermənistanın m...

Əsir götürülən erməni əsgər hər şeyi etiraf etdi - VİDEO

Əsir götürülən erməni hərbçilər sıralarında döyüşən muzdlular barədə danışıb. Sfera.az xəbər verir ki, onlardan biri bildirib: "Mən Mikayelyan Alber...

Döyüş iştirakçıları arasında təbliğat və təşviqat işləri davam edir - VİDEO

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbli...

Ordumuz düşməni belə məhv etdi - VİDEO

Müdafiə Nazirliyi gecə və gündüz artilleriya atışlarını əks etdirən video yayıb.  Sfera.az  həmin videonu təqdim edir:   ...

Ermənilərin qorxulu kabusu – HAROP - VİDEO

Davam edən II Qarabağ savaşında qazanılan uğurlarda həlledici rola malik olan əsas silahlardan biri pilotsuz uçan aparat - HAROP silahıdır. Məhz bu silah vəsitə...

Ermənilərin canlı qüvvə və hərbi texnikası məhv edildi - VİDEO

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Sfera.az  həmin görüntüləri təqdim edir:   ...