Toyların keçirilməsinə icazə verildi - Türkiyədə

Toyların keçirilməsinə icazə verildi - Türkiyədə
 

Türkiyə koronavirus pandemiyasının yaratdığı məhdudiyyətləri mərhələli şəkildə ortadan qaldırmağa başlayıb.

Sfera.az xəbər verir ki, iyul ayının 1-dən bu ölkədə toyların keçirilməsinə də icazə veriləcək. Ancaq toylar əvvəlki dəbdıbısindən uzaq olacaqlar. Belə ki, Daxili İşlər Nazirliyi 81 regiona toylarla bağlı təlimat göndərilib.

Belə ki, toylar yoluxma riskini azaltmaq məqsədi ilə mümkün qədər tez bitəcək və açıq havada keçiriləcək. Qonaqların oturması zamanı sosial məsafə nəzərə alınacaq. Məkanlarda, masalarda dezinfeksiya edici məhlullar yerləşdiriləcək. Girişdəə qonaqların hərarətləri ölçüləcək. Bədən temperaturu 38-dən yuxarı olanlar ən yaxın səhiyyə ocağına göndəriləcəklər.

Bakupost.az-ın ayzdığına görə, toyda qonaqlar maskada olacaqlar. Maskasız gələn şəxslərə də salon girişində maskalar veriləcək. Toylarda qarşılama, yola salma, nəmər vermək, əl verib görüşmək, qucaqlaşmaq kimi salamlaşmalar olmayacaq. Hədiyyələr salonun bir tərəfində olan qutulara salınacaq. Foto çəkdirən, tort kəsilən zaman da gəlin və bəydən başqa hər kəs məsafə saxlayacaq.

Gəlin bəydən başqa şəxslərin məsafə qaydalarını pozmamaq üçün oynamasına, yallı gedilməsinə də icazə verilməyəcək.


OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...