Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi - ADLARI

Tovuzda zəncirvari qəza - 6 nəfər xəstəxanaya yerləşdirildi - ADLARI

Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.

Sfera.az trend-ə istinadən əbər verir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, "VAZ 21 06" və "VAZ 21 07" markalı minik avtomobilləri "TIR" markalı yük avtomobili ilə toqquşub.

İnsident nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə nəticəsində xəsarət alan, rayonun Alakol kənd sakinləri - 1988-ci il təvəllüdlü Musayev Elvin İlqar oğlu, 1984-cü il təvəllüdlü Rüstəmova Sevinc İlqar qızı, 1957-ci il təvəllüdlü Tağıyeva Şamama Kərəm qızı, 1959-cu il təvəllüdlü Rzayeva Yelena Məcid qızı və 2002-ci il təvəllüdlü Rüstəmova Aylin Adil qızı müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, 7 yaşlı A.Rüstəmovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusla bağlı yalan məlumat yayan qadın həbs olunub

"What’s app” sosial şəbəkə istifadəçisi olan bir qadın həmin şəbəkə vasitəsi ilə "Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyə...

Gənc qız burun əməliyyatında öldü

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax rayon Mərkəzi Xəstəxanasında baş verib. Balakən rayon sakini, ...

Nardaran sakini silahını polisə təhvil verdi

Nardaran sakinindən odlu silah götürülüb. Sfera.az xəbər verir ki, bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. ...

Azərbaycan əsgəri həlak olub

Bu gün saat 05:40 radələrində "Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nu­­­nun Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidmət...

“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu

Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən "Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb. İndex.az xəbər verir ki, bu b...

Hacıqabulda daha bir zəlzələ

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Sfera.az xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-q...