DİM sədri: "Sualların yoxlanmasında süni intellektdən istifadə edirik"


DİM sədri: "Sualların yoxlanmasında süni intellektdən istifadə edirik"

"Bizim hər bir işçinin bir köməkçisi var, bu süni intellektdir" .

 

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

 

O bildirib ki, süni intellektə düzgün sual vermək, ondan düzgün cavab almaq bilik və bacarıq tələb edir:

 

"Bu bacarıq təsadüfən formalaşmır. Vaxtilə deyirdilər ki, kapitalizm varlıları daha da varlı, kasıbları isə daha da kasıb edir. Süni intellekt də bu prinsipə bənzəyir: Ağıllı insanları daha da ağıllı, qeyri-bilgililəri isə öz qulluqçusuna çevirir".

 

M.Abbaszadənin sözlərinə görə, süni intellekt hər dərdin dərmanı deyil, ondan düzgün istifadə qaydasını bilmək vacibdir:

 

"Biz sualların yoxlanmasında süni intellektdən istifadə edirik. Amma bizim bazaya daxil olan sualları süni intellekt yazmır. Bu texnologiyadan artıq uzun müddətdir və daha geniş formada istifadə edirik. Əsasən nəticələrin və sualların yoxlanması mərhələsində tətbiq edirik", - deyə o bildirib.


OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...