Maqazİn

Tolikdən Rüfət Axundovun efirdən qovulması xəbərlərinə - AÇIQLAMA

Tolikdən Rüfət Axundovun efirdən qovulması xəbərlərinə - AÇIQLAMA
"Rüfət Axundov verilişdən qovulmayıb". 

Bu sözləri BAKU.WS-ə açıqlamasında prodüser Tarix Əliyev (Tolik) Rüfət Axundovun "Hər şey daxil” verilişindən qovulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

O, yayılan məlumatların yalan olduğunu deyib:

"Reklam vaxtını keçdiyi üçün mahnı yarıda kəsilib. Reklamlara keçid olanda mənim də sözümü yarımçıq kəsib reklam verirlər. Verilişin aparıcısı kimi deyirəm ki, rəsmi olaraq heç kim qovulmayıb. Bizə heç bir tapşırıq gəlməyib ki, filankəsi efirə çıxarın və sonra qovun. Space TV-də baş verən məlum mövzunu müzakirə etdiyimiz üçün Rüfət özü küsüb getdi”.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev bildirib ki, Rüfət Axundovun efirə çağırılmasından xəbər tutulandan dərhal sonra tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb. 
 
Sfera.az

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031