Tibbi sığorta haqqının adambaşına məbləği - Açıqlandı

Tibbi sığorta haqqının adambaşına məbləği - Açıqlandı
 Nazirlər Kabinetinin müvafiq qərarları ilə icbari tibbi sığorta ilə bağlı ümumilikdə 4 qayda təsdiq edilib.

Sfera.az həmin qaydaları təqdim edir:

1. "İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”

2. "Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”

3. "Tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”

4. "Tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”

Birinci qayda cari ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, ölkə vətəndaşları, respublikada qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının respublikadakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqının mərhələli şəkildə ödənilməsini müəyyən edir.

İcbari tibbi sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat və oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir. 

İkinci qaydaya əsasən, vətəndaşın tibb müəssisəsinə təhkimolunması və ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçməsi onun yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız və ya elektron formada ərizənin təqdim edilməsi ilə həyata keçiriləcək. Vətəndaş tibb müəssisəsinə ərizə ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi də təqdim etməlidir. 

Üçüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi-iqtisadi ekspertiza vasitəsilə həyata keçirilməsini müəyyən edir. Tibbi-iqtisadi ekspertiza göstərilən tibbi xidmətin müddət və həcminin, o cümlədən tibb müəssisəsi tərəfindən hesablanmış sığorta ödənişi məbləğinin tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə, ilkin tibbi sənədlərə və tibb müəssisəsinin hesabat sənədlərinə uyğunluğunun aşkar edilməsi məqsədilə aparılır.

Dördüncü qayda tibb müəssisəsində göstərilən tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin tibbi xidmətin keyfiyyətinin ekspertizası vasitəsilə həyata keçirilməsini müəyyən edir. Tibbi xidmətin keyfiyyətinin ekspertizası tibbi xidmətlərin vaxtında göstərilib-göstərilməməsinin, o cümlədən profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarının düzgün seçilib-seçilməməsinin, habelə tibbi xidmətin göstərilməsi zamanı yol verilən pozuntuların aşkar edilməsi məqsədilə aparılır. 

OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...