\"Təsdiqləyirəm, Paşinyan belə bir xahiş edib...\" - Rusiya XİN rəsmisindən açıqlama

\
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistan Türkiyə ilə münasibətlər qurmaq üçün Rusiyadan vasitəçilik göstərməyi xahiş edib. "Təsdiq edə bilərəm ki, Ermənistan İrəvanla Ankara arasına vasitəçilik üçün müraciət edib. Rusiya, bildiyiniz kimi, bunda maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün səylər göstərib, bizim ölkəmiz bundan sonra da bu işə mümkün dəstəyi göstərməyə hazırdır”, - Zaxarova deyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamışdı ki, Türkiyə ilə münasibətlərin qurulmasına kömək etmək üçün Rusiya tərəfindən kömək istəyiblər. Lakin onun sözlərinə görə, Türkiyə tərəfi şərt irəli sürür ki, bu şərtlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI - FOTO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub.   ...

"İranın nüvə bombası hazırlaya bilməsinə həftələr qalıb" - MAQATE rəsmisi

"İranın nüvə bombası hazırlamaq üçün kifayət qədər materiala malik olmasına aylar deyil, həftələr qalıb".   Sfera.az  xarici KİV-...