Tərtər rayon sakini güllələnərək öldürüldü

Tərtər rayon sakini güllələnərək öldürüldü
Oktyabrın 18-si saat 17 radələrində Tərtər rayonu Yuxarı Qapanlı kənd sakini 1986-cı il təvəllüdlü Murad Balacayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Ziyadxan Aslanovun aralarında yaranmış mübahisə zamanı Murad Balacayevə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ziyadxan Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda intim videoları ilə şantaj edildiyi üçün özünü binadan atan qızla bağlı RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış...

“Crowd-1” sxemi üzərindən dələduzluq edənlər tutuldu - VİDEO

Maliyyə dələduzluq piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən "Crowd-1” şirkətinin ölkə ərazisindəki mütəşəkkil dəstəsinin üzvləri saxlanılıblar. ...

"Patı" ilə tutulan Azərbaycan çempionuna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirləndirilən Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera.az trend-ə istin...

BAKIDA İNANILMAZ OLAY: "Hicab geyinib, maşının nömrəsini dəyişib basqına getdilər" - TƏFƏRRÜAT

Bakıda quldurluqda ittiham olunan Firuddin İsmayılov, Kənan Müzəffərli, Kamran Abdullov və Dilbər Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ...

Azərbaycanda polis BIÇAQLANDI: həbs edilən var

Şirvanda polisə qarşı xuliqanlıq edən saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat x...

Arvadını izləmək üçün gizli kamera quraşdırdı, özünə cinayət işi açıldı

Bakıda ata övladının himayəsini anasından almaq məqsədilə keçmiş həyat yoldaşının intim görüntülərini polisə təqdim edərək onu xəyanətdə günahlandırıb. Bundan s...