No Image
No Image

Terrorçuluğa qarşı Koordinasiya Şurası yaradıldı

Terrorçuluğa qarşı Koordinasiya Şurası yaradıldı
Nazirlər Kabineti 404 nömrəli Qərarına dair izah verib.

Sfera.az NK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, qərarla cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Koordinasiya Şurası yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tapşırıq:

"Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamına əsasən Nazirlər Kabinetinə həmin Fəaliyyət Planının icrası ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Qəbul olunan Nazirlər Kabinetinin Qərarı:

Qərara əsasən Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin milli risk qiymətləndirilməsini mütəmadi həyata keçirmək məqsədilə Koordinasiya Şurası yaradılmışdır.

Qərarın əsas məqsədi:

Azərbaycan Respublikası Baş Nazirin müavinin sədrliyi və aidiyyəti orqanların iştirakı ilə yaradılmış Koordinasiya Şurasının əsas məqsədi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 1-ci Tövsiyəsinin (Risklərin qiymətləndirilməsi və risk yönümlü yanaşmanın tətbiqi) tələblərinə uyğun olaraq milli səviyyədə PL/TMM risklərinin başa düşülməsi, bu risklərə münasibətdə strateji hədəflərin müəyyən edilməsi və aşkar edilmiş risklərin azaldılması istiqamətində addımların atılmasından ibarətdir.

Koordinasiya Şurasının yaradılmasında digər hədəf isə Avropa Şurasının MONEYVAL Komitəsinin Azərbaycan Respublikasına münasibətdə 2021-ci ildə başlanılması nəzərdə tutulan V raund qiymətləndirilməyə hazırlığın təmin edilməsi məqsədilə qanunvericiklikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə müvafiq tədbirlərin əlaqəli şəkildə icrasına nail olmaqdır.

Həmçinin Koordinasiya Şurasının yaradılması PL/TMM sahəsində müxtəlif dövlət orqanlarının və aidiyyəti özəl sektorun fəaliyyətini əlaqələndirməklə mövcüd çağırışlara vaxtında cavab verməyə, habelə milli sistemin risk qiymətləndirilməsi üzrə effektiv mübarizə əsaslarının yaradılmasına kömək edəcək.

OXŞAR XƏBƏRLƏR

İcra başçısı özünə yeni müavin təyin etdi

Biləsuvar Rayon İcra Hakimiyyətində yeni təyinat olub. Sfera.az xəbər verir ki, Vəlahəddin Yusif oğlu Yunsurov icra hakimiyyətinin başçısının müavini - So...

Bakıda qəza sıxlığa səbəb olub - FOTO

Bakıda avtomobil qəzası olub. Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, hadisə Hava limanı şossesində ("Buta Palace” yaxınlığında şəh...

27 ildən sonra Ağdamda ilk ifa... - VİDEO

Ağdamda 27 il sonra Azərbaycan musiqisi səslənib. Sfera.az xəbər verir ki, şəhərin işğaldan azad edilməsindən sonra, burada anadan olan Azərbaycan Xalq ar...

Suqovuşan və Talış kəndlərinə çəkilən yolla bağlı mühüm yenilik

"Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və...

Peyvəndlərin istehsalına nə vaxt başlanılacaq? - TƏBİB

Son günlər yoluxma saylarının artımı heç də ürəkaçan deyil. Hazırda pandemiyanın ölkəmizə gəlməsinin 39-cu həftəsini yaşayırıq. Son bir həftə ərzində ümumi yolu...

Prezidentdən Xocavənd və Xocalı ilə bağlı - Qərar

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanunu imzalayıb. Sfera.az xəb...