Tennisçimiz beynəlxalq turnirin qalibi oldu

Tennisçimiz beynəlxalq turnirin qalibi oldu
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Sfera.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıblar. Yerli tennisçilərlə yanaşı, turnirdə Türkiyə, Rusiya, ABŞ, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar da çıxış ediblər. Turnirdə ümumilikdə 28 oğlan və 24 qız tennisçi yarışıb.
 
Təmsilçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib. O, finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək çempion olub.
Azərbaycan Tennis Federasiyasının birinci vitse-prezidenti Salam Əsgərzadə mükafatlandırma mərasimində idmançıları təbrik edib və qarşıdakı yarışda onlara uğurlar arzulayıb:
 
"Federasiya olaraq tennis idman növünün təbliği üçün mütəmadi olaraq addımlar atırıq. Artıq Bakı Tennis Akademiyasında növbəti beynəlxalq yarışı təşkil etdik. Dünyanın müxtəlif ölkələrindən tennisçilər paytaxtımıza gəldi. Bir daha sübut etdik ki, biz hər zaman beynəlxalq yarışlar təşkil etməyə hazırıq. Qalib və mükafatçıları təbrik edir, onlara uğurlar arzulayıram”.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...