Telman İsmayılovla bağlı sensasion xəbər – Restorandakı ermənini...

Telman İsmayılovla bağlı sensasion xəbər – Restorandakı ermənini...
 

Azərbaycanlı milyarder Telman İsmayılovun Rusiya şou-biznesində parlamasına yaxından kömək etdiyi Avraam Russonun erməni milliyətindən olduğu üzə çıxıb.

Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçi barədə onu "raskrutka" edən İsoif Prixoji danışıb.

"Bu gün Avraam Russo onun kim olduğu, həqiqi soyadını və hansı millətə sahib olduğunu deməz.  Əgər mən və Telman olmasaydı, Avraam Russo kim idi ki?! O, Suriyanın Hələb şəhərindən olan bir ermənidir. Adı Abraxam Janoviç İpcandır. Telman onu  Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib".

O, əlavə edib ki, Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub  və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. "Telman İsmayılov onun kliplərinə ağlagəlməz miqdarda pullar xərclədi. Qısa müdətdə onu Rusiya şou-biznesinə təqdim etdi. Onun konsertlərində  Rusiyanın mədəniyyət, incəsənət, siyasi elitasının nümayəndələrinin iştirakını təmin etdi. Konsertlərinə xeyli vəsait xərclədi”.

Onu da qeyd edək ki, özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, Telmandan üz döndərdi və dönük çıxdı.  O, Telmanı ittiham edərək, qul kim istifadə etməkdə təqsirləndirdi. Avraam Russo 1969-cu ildə Hələbdə dünyaya gəlib. 16 yaşından etibarən kafe və restoranlarda oxumağa başlayıb.

Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar. /Ölkə.Az 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...