“Tələbələrə kreditin verilməsi şərtlərində bir neçə ciddi nöqsan var" - Ekspertdən ETİRAZ

“Tələbələrə kreditin verilməsi şərtlərində bir neçə ciddi nöqsan var
"Tələbələrə kreditin verilməsi şərtlərində bir neçə ciddi nöqsan var”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki,  kredit üçün "www.e-ttkf.edu.az” portalı vasitəsi ilə müraciət edilməlidir və bunun üçün "asan login”a malik olmaq lazımdır:

"Bu portaldan qeydiyyatdan keçmək üçün isə müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin nəzərə alınmayıb ki, ölkədə 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır. Hansı tələbənin, yəni kredit almaq üçün müraciət edənin adına mobil nömrə yoxdursa, o, sistemdə qeydiyyatdan keçə bilməz. Deməli indi azı 60 min tələbə gedib yeni mobil nömrə almalıdır? Daha sonra, ümumi orta təhsil bazasından kollecə qəbul olan tələbənin 15 yaşı var, o öz adına necə nömrə ala bilər? Mobil operatorlar yalnız valideynlərinin birinin notarial təsdiq edilmiş razılığından sonra 18 yaşından aşağı şəxsə mobil nömrə satırlar. Bunlar isə əlavə xərc və vaxt deməkdir.

Şərtə görə www.e-ttkf.edu.az portalında müraciət etmək üçün notarial qaydada təsdiq edilən arayış alınmalıdır. Bunun üçün isə tələbələr dövlət rüsumu ödəməlidirlər. Axı niyə biz onları mobil nömrə və bir neçə sənədi almaq üçün rüsum ödəməklə əlavə xərcə salırıq? Niyə tələbələr qapı-qapı gəzməlidirlər?”.
Ekspert qeyd edib ki, kredit almaq üçün tələbənin minimum 300 balı olmalıdır və bu ciddi məhdudiyyətdir:

"I qrup üzrə 9 866 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 7 137 nəfər 300-dən çox bal toplayıb. Amma maraqlıdır ki, I qrupda 10 112 dövlət sifarişli, yəni ödənişsiz plan yeri var. Bu o deməkdir ki, I qrupda abituriyentlər 200 balla hətta ödənişsiz ixtisaslara qəbul ola biliblər. II qrupda 5 346 abituriyent müsabiqə şərtini ödəyib və onlardan 3 568 nəfəri 300 balı keçib. Lakin burada da 4 230 plan yeri dövlət sifarişli, yəni ödənişsiz ixtisas var və II qrup üzrə tələbələr 250 balla ödənişsiz ixtisaslara qəbul ola bilərlər. Bu o deməkdir ki, kredit almaq üçün əksər tələbələr müraciət edə bilməyəcəklər, çünki 300-dən yuxarı balları olsaydı, elə dövlət sifarişi olan ixtisalara qəbul olardılar. Bir sözlə, yəni 300-dən aşağı balı olanlar elə ödənişli əsaslarla təhsil almağa məcbur olublar.

Təklif edilən kredit faizləri hədsiz dərəcədə yüksəkdir. Standart kredit üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi mane olur. Bu sonda verilən məbləğin iki dəfədən çox qaytarılması ilə nəticələnəcək. Bu amil də kredit götürülməsi üçün müraciətləri azaldacaq”.

K.Əsədovun sözlərinə görə, kredit üçün yalnız əyani təhsil alanlar müraciət edə bilər:

"Qiyabi təhsil alan tələbələrin əksəriyyəti heç bir yerdə işləmirlər. Məgər heç olmazsa işsiz tələbələrə kredit vermək olmazdı? Tələb olunur ki, tələbənin akademik borcu olmasın və onların ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan yüksək olsun. Hazırda ölkədə 126 min tələbə özü təhsil haqqını ödəyir. Amma onların hamısı müraciət edə bilməyəcək, yalnız 56 min tələbənin müraciət etmək imkanı olacaq. Çünki digərlərinin akademik borcları – kəsrləri var, ya da akademik göstəriciləri 71 baldan aşağıdır. Tələbənin kəsrinin olması normal bir şeydir. Təbii ki, bu tələbələr yüksək elmi potensiala malik olsaydılar, ödənişli əsaslarla təhsil almazdılar.  Ümumiyyətlə, mövcud şərtlərlə verilən tələbə kreditləri ölkə konstitusiyasının tələblərinə ziddir. Belə ki, konstitusiyaya görə, maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Qısası, biz tələbələrə kreditin verilməməsi üçün bütün imkanları səfərbər etmişik”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

7 nömrəli məktəb “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsini icra edir - FOTOLAR

Bakı şəhəri, Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin "Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi "T...

“Tələbə krediti bərabər imkanların yaradılmasında yeni mərhələdir” – ŞƏRH

Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində zaman-zaman müxtəlif addımlar atılıb, proqramlar, layihələr həyata keçirilib. Son günlər isə, görülən işlər...

Ali məktəblərə qəbul üzrə sınaq imtahanları başlayır

Dövlət İmtahan Mərkəzi dekabrın 19-da qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Mərkəzdən Sfera.az-a bildirilib ki, sınaq imtahanında iştirakçıla...

Koronavirusa görə bağlanan lisey açıldı

Bakıda koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub. Sfera.az xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qə...

Təhsil naziri növbəti videoqəbul keçirdi

Noyabrın 26-da təhsil naziri Emin Əmrullayevin Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinləri üç...

“Yaşı 18-dən aşağı olan tələbələr üçün bu prosedur asanlaşdırılacaq”

"Yaşı 18-dən aşağı olan tələbələr üçün tələbə təhsil kreditinə müraciət proseduru asanlaşdırılacaq”. Sfera.az xəbər verir ki, bu sözləri təhsil nazirinin ...