Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA

Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, dəyişikliklə bağlı Nazirlər Kabineti açıqlama yayıb.

Bildirilib ki, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması peşə təhsili və təliminin inkişafında rol oynayan əsas amillərdən biridir.

Hazırda peşə təhsilini seçən tələbələrin böyük əksəriyyəti peşə təhsili və təlimi sisteminin təklif etdiyi müvafiq imkanlardan faydalanırlar.

Belə ki, dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin tələbələri təqaüdlə təmin edilirlər. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız tələbənin qeydiyyatdan keçməsi kifayət edir.

Buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması vacibdir.

Bununla əlaqədar peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə (yarımil) nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Məktəblərin istilik təminatı məsələsi tam nəzarətə götürülüb - RƏSMİ AÇIQLAMA

Bakıda bir sıra təhsil müəssisələrində istilik yoxdur. Bu barədə Sfera.az-a vətəndaşlar tərəfindən şikayətlər daxil olub. Bildirilib ki, paytaxtdakı 214, ...

Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura sə...

DİM-ə DAHA BİR ETİRAZ: “Məleykə Abbaszadə problemin həllini 3 il də uzatdı”

"Uzun çəkişmələrdən və mübarizələrdən sonra DİM rəhbəri dirənişindən əl çəkərək informasiya və kommunikasiya texnologiyaları ictimaiyyətinin çağırışlarına reaks...

Daha bir müəllim koronavirusun qurbanı oldu - FOTO

Şəmkir rayonunda müəllim COVİD-19 virusundan dünyasını dəyişib.   Sfera.az-ın əldə etdiyi məlumata görə, Şəmkir rayon Cahangir Rüstəmov adına or...

Dövlət büdcəsindən təhsilə 884 milyon manat ayrıldı - Pul hara xərclənməlidir?

Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Ayrılan vəsaitin təhsil sisteminin müxtəlif sahəl...

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO

"Bakı Tekstil Fabriki" MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionla...