No Image
No Image

“Təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir” - İlham Əliyev

“Təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir” - İlham Əliyev
"Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb. Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır".

Sfera.az-ın xəbərinə görə, bunu mayın 12-də Şuşada yeni məscidin təməlini qoyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək deyib.

"Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.

Əlbəttə ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr gününü əks etdirəcək. Həm yuxarıdan baxanda 8 rəqəmini görmək mümkün olacaqdır, həm də aşağıdan baxanda. Məscidin yeri də təsadüfən seçilmədi. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaqdır. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar tərəfindən salınıb. Azərbaycanlılar həmişə burada yaşayıb. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi zorla buradan çıxarılmışdı", - Prezident bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı açıqlama yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibəti ilə məlumat yayıb. Nazirlikdən Sfera.az-a verilən məlumata görə, bəyanatda...

Rusiya prezidenti Lavrov və Şoyqunu deputat görmək istəyir

Rusiyanın hakim "Vahid Rusiya” partiyasının növbəti qurultayı keçirilib. Sfera.az xəbər verir ki, qurultay bu ilin sentyabrın 17-dən 19-dək Dövlət Dumasın...

Azərbaycan XİN Ermənistana cavab verdi

"Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsu...

Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşdü

İyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının r...

İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Sfera.az-ın xəbəri...

İbrahim Rəisinin Azərbaycanla bağlı yadda qaldığı məqam varmı?

"İndiyə kimi İbrahim Rəisi Azərbaycan Respublikası ilə bağlı elə bir ciddi açıqlama verməyib. İbrahim Rəisinin prezident seçilib-seçilməyəcəyindən asılı olmayar...