“Tək günlərdə yuxarı siniflər, cüt günlərdə isə…” – Ekspertdən maraqlı təklif

“Tək günlərdə yuxarı siniflər, cüt günlərdə isə…” – Ekspertdən maraqlı təklif

"Müəyyən imkanlar yaradılmasa məktəblərin ənənəvi qaydada açılması ilə tədris ilinin əvvəlində ölkəmizdə yeni yoluxma təhlükəsi qaçılmaz olacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının sağlamlıq sahəsində fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayanın tədris ilinin əvvəlində məktəblərin yeni yoluxma təhlükəsilə üzləşə biləcəyi barədə xəbərdarlığına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib:


"Konkret Azərbaycanda yoluxma hallarının az olmasının əsas səbəblərindən biri odur ki, epidemiya yayılmağa başlayanda rəhbərlik çevik qərar verərək, tədris müəssisələrinin fəaliyyətini dayandırdı. Ölkədə hər beş nəfərdən biri, 2 milyon nəfər birbaşa təhsil prosesinin iştirakçısıdır. Təbii ki, bu qədər insan eyni vaxtda aktiv hərəkətdə olsaydı, bu gün ölkəmizdə də İtaliya və İspaniyada olduğu kimi yoloxma sayında ciddi artımlar müşahidə edilərdi.

 

Orta məktəblərin 3500-ə yaxını son 10 il ərzində tikilib və ya tam şəkildə bərpa olunub və onların hər biri müasir standartlara cavab verir. Hətta sanitar qovşaqlarda belə bütün lazımi imkanlar yaradılıb. Təxminən minə yaxın məktəbdə isə bu imkanlar məhdud səviyyədədir. Həmin məktəblərdə də bir ay ərzində lazımi addımların atılması yolunda işlər görülməlidir.

 

Təklifetmişik ki, müəyyən qaydalara əməl etməklə yeni tədris ili ənənəvi qaydada başlayacaqsa, mütəmadi olaraq sanitar qovşaqları artırılmalı, oğlan və qızlar, habelə ibtidai və yuxarı siniflər üçün sanitar qovşaqları fərqli olmalıdır”.

 

Həmsöhbətimiz qeyd etdi ki, məktəblərin kütləvi şəkildə birdən-birə açılması yoluxmanın kəskin artımına gətirib çıxarar. Ona görə də K. Əsədov növbəli tədris prosesinə keçməyi lazım bildi:

 

"Məktəblərimiz buna cavab verir. Orta məktəblərdə 1,3,5-ci günlər VII-XI siniflər, yerdə qalan günlərdə isə daha aşağı siniflər məktəbə gəlməlidir. İbtidai siniflər, səhər, yuxarı siniflər isə günorta növbəsində gəlməlidir. Dərslərin 35 dəqiqəyə endirilməli, tənəffüz 15 dəqiqə olmalıdır. Bu fonda məktəbdə eyni vaxtda olan şagirdlərin sayını 4 dəfəyə qədər azaltmaq olar. Nəticədə yoluxma ehtimalını xeyli azaltmaq olar. 2104 məktəbdə, 47 faizində şagird sayı 200-dən çox, 2335 məktəbdə isə 200-dən azdır. Deməli, növbəli sistemlə eyni vaxtda 200 yox, 50 nəfərlə dərsə başlamaq mümkün olacaq. Belədə hər hansı bir yoluxma baş verə bilməz”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR