No Image
No Image

Təhsillə bağlı elan edilmiş sorğu nəticələri nə dərəcədə etibarlıdır? - RƏY

Təhsillə bağlı elan edilmiş sorğu nəticələri nə dərəcədə etibarlıdır? - RƏY
Təhsili naziri təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı 10.8 min nəfərin iştirak etdiyi sorğunun nəticələrini açıqlayıb.
 
Nəticəyə görə, respondentlərin 33,3%-i müəllimlərin peşəkarlıq səviyyəsini, 17,3%-i məktəbin maddi-texniki təchizatı, 15,2%-i valideyn amilini, cəmi 10%-i məktəb rəhbərlərinin fəaliyyətini, 8,2%-i isə məktəbdə psixloji mühiti əsas amillər kimi qeyd ediblər.

Sfera.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev qeyd edib ki, bu sorğunun nəticələrini mövcud durumu obyektiv və etibarlı şəkildə xarakterizə edən nəticə hesab etmək çətindir:

"Birincisi, bizdə təhsilin problemlərini peşəkar və davamlı şəkildə müzakirə edən mühit yoxdur. Hətta sorğu obyektiv keçirilsə də, ictimai rəy təhsilin keyfiyyətinə təsir edən əsas və real amilləri göstərməyə bilər. Çünki cəmiyyət  bu sahədə hərtərəfli və dərin analizləri eşitmək, oxumaq imkanından məhrumdur.

İkincisi , sorğuda təsir edən amillər sırasına təhsilin idarəçiliyi daxil edilməmişdi. Hazır seçim variantlarının təklif olunduğu sorğular isə bir qayda olaraq yönəldici olurlar. Yəni, əksər respondent təklif olunmuş variantlar arasından seçim edirlər. Bu halda sorğu keçirən ya bütün mümkün amillərin daxil edildiyinə əmin olmalıdır, ya da təsir edən amillərin müəyyən edilməsini sorğu iştirakçılarının öhdəsinə buraxmalıdır”.

Ekspert bildirib ki, Azərbaycanda təhsilin keyfiyyətinə təsir edən fundamental amil təhsil sisteminin menecmentinə bağlıdır:

"Burda təklif olunan amilləri daha çox törəmə amillər hesab edərdim. Məsələn, müəllimlərin peşəkarlığı törəmə faktordur, əsas etibarı ilə nəticədir. Bu məsələdə fundamental amil müəllimlərin peşə hazırlığında, onların əməyinin stimullaşdırılmasında, sosial statusunda olan problemlərdir. Fundamental səbəblərin üzərindən sükutla keçən sorğu problemlərin kökünü də göstərə bilməz. Yaxud, məktəb rəhbərliyinin fəaliyyəti çox yayğın amildir. Əsas problem məktəblərin fəaliyyətində ictimai iştrakçılığa, onların hesabatlığına və şəffaf fəaliyyətinə zəmanət verən məktəb idarəetmə modelinin yoxluğudur.
Valideyn amilindən danışılır, məsuliyyətə vurğu edilir. Amma cəmiyyətdəki sosial qeyri-bərabərliyin və yoxsulluğun, zəngin və orta təbəqənin övladlarının oxuması üçün eiltar məktəblərin yaratdığı qeyri-bərabərliyin, kənddəki sosial-iqtisadi mühitin şəhər və kənd məktəblərinin nəticələrində yaratdığı qeyri-bərabərliyin real təsirlərini bu sorğuda görmək olmur”.
 
Günay Rəsulqızı
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM imtahanların vaxtını DƏYİŞDİ

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 1 iyul 2021-ci il tarixində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulurdu. Sfera.az&n...

DİN məktəb məzunlarına və valideynlərə MÜRACİƏT

Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib. DİN-in Mətbuat xidmətindən Sfera.az-a daxil olan müraciətdə deyilir: "Hörm...

IX sinif şagirdləri buraxılış imtahanı verib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib. Sfera.az xəbər verir ki, pandemiya şəraitinin tələbl...

"Türkiyədə təhsil almış gənclərin diplomlarının tanıdılması məsələsi həll edilib" - Ekspert yeni qərardan DANIŞDI

Türkiyənin milli təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyənin ali məktəb diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı məsələyə münasibət bildirib...

Bakıda bu məktəblər distant təhsilə keçdi - SİYAHI

"Formula-1” Qran-Prisi ilə əlaqədar Bakıda bir sıra məktəblər distant tədrisə keçib. Təhsil Nazirliyindən Sfera.az-a bildirilib ki, bu, yarışlara görə bir...

Nazirdən yay məktəbi sorğusu ilə bağlı - AÇIQLAMA

"Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib”. Sfera.az xəbər v...