"Ölkədə təhsillə elm arasında əlaqələr genişlənib" - Yeni təhsil naziri

"Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib".

Sfera.az bildirir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.

Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".(Apa)

 

OXŞAR XƏBƏRLƏR