Buraxılışda 250 və daha çox bal toplayanların NƏZƏRİNƏ!

Buraxılışda 250 və daha çox bal toplayanların NƏZƏRİNƏ!

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına unikal bir imkan təqdim olunur. 

 

Sfera.az xəbər verir ki, kursantlar qəbul balı və şəxsi istəkləri əsasında Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiya kimi dünyanın aparıcı ölkələrinin nüfuzlu hərbi təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı əldə edirlər.

 

Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisas qrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldə etmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarına müsabiqədə iştirak etmək imkanı yaradılır.

 

Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş abituriyentlər və onların valideynləri üçün 26 aprel saat 11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda və Naxçıvan Hərbi Kollecində xaricdə təhsillə bağlı “Açıq qapı” günü keçiriləcək. 

 

Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsil imkanları və qəbul prosesi barədə ətraflı məlumat veriləcək. 

 

Tədbirdə iştirak etmək üçün qeyd olunan linkə (//docs.google.com/forms/d/e/1FAIpQLSflmvt-AIqvbAJbJhKDzGc-aOWuVZpxWjZu88j0aiL829im7Q/viewform) daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

 

Tədbirdə iştirak etmək arzusunda olub lakin, müxtəlif səbəblərdən iştirak edə bilməyən gənclərdən qeydiyyat formunda onlarla əlaqə saxlanılması üçün müvafiq seçimi etmələri tövsiyə olunur.

 

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...