Buraxılış imtahanında 20 nəfər 300 bal yığıb - ADLAR

Martın 9-da keçirilən buraxılış imtahanının cavabları açıqlandı.
Sfera.az xəbər verir ki, İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Həmin şəxslərin adlarını təqdim edirik:
Səfərova Aysel Eldəniz qızı Saatlı rayonu, Əlisultanlı kənd orta məktəbi
Şirinova Güllü Rəşad qızı Laçın rayonu, Çıraqlı kənd orta məktəbi
Abbasova Nəzrin Seymur qızı Gəncə şəhəri, 26 saylı məktəb-lisey kompleksi (əvvəlki 17 saylı dəmiryolu orta məktəbi)
Əsgərov Telman Anar oğlu Sumqayıt şəhəri, 28 saylı orta məktəb
Mehdiyev Fərid Elnur oğlu Bakı şəhəri, 313 saylı orta məktəb
Nadirli Tunar Emin oğlu Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya
Cavadova Zəhra Süleyman qızı Sumqayıt şəhəri "İdrak" liseyi
Məmmədli Zümrüd Ayaz qızı Mingəçevir şəhəri, Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyi
Abbaslı Fatimə Zamin qızı Bakı şəhəri, 263 saylı orta məktəb
Məmmədov Şahin İmran oğlu Balakən rayonu, Texniki Humanitar təmayüllü lisey
İsmayılova Səma Firəddin qızı Naxçıvan MR Şahbuz rayonu, Badamlı qəsəbə orta məktəbi - F.İ.İsmayılov adına
Rəhimova Xədicə Toğrul qızı Ağsu rayonu, İlxıçı kənd orta məktəbi
Heydərov İbrahim Xəyal oğlu Naxçıvan şəhəri, 11 saylı orta məktəb - C.Naxçıvanski adına
Ağayev Əliəkbər Xanağa oğlu Astara rayonu, Ərçivan qəsəbə 3 saylı orta məktəbN.Kərimov adına 15. Həsənov Nihad Elbəy oğlu Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyi
Allahyarlı Fərid Zaur oğlu Akademik Z.Əliyeva adına lisey
Sadıqzadə Nuray Cəlal qızı Bakı şəhəri, 138 saylı orta məktəb
Qoşqarov Müzəffər Qədir oğlu Bakı şəhəri, 204 saylı orta məktəb
Bağırova Aişə Faiq qızı Bakı şəhəri, 89 saylı orta məktəb
Əsgər İlham Xəyyam oğlu ERA tam orta məktəbi
Qeyd edək ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.
Firuzə Əliyeva