Ali Koç istefa verəcək? - Özü açıqladı

Ali Koç istefa verəcək? - Özü açıqladı

"Fənərbaxça" klubunun İstanbulda konqresi keçirilib.

 

Klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib.

 

O, klubdakı gələcəyi ilə bağlı qərarını bildirib: "Biz idarə heyəti olaraq fəaliyyətimizi və mübarizəmizi davam etdirəcəyik".

 

Koç, həmçinin çempionluq üçün yaxşı heyətə sahib olduqlarını vurğulayıb: "Çempionluq yolunda psixoloji üstünlük bizim tərəfimizdə idi. Lakin heç kimin əvvəlcədən görə bilmədiyi xal itkiləri ilə çempionluq şansımıza zərbə vurduq. Çoxlarınız haqlı olaraq qəzəbləndiniz. Bizim isə kədərlənmək əvəzinə, problemləri aradan qaldırmaq məcburiyyətindəyik. Ötən il azarkeşlərimiz bizə üç il daha etimad göstərdi və yenidən vəzifəyə gətirdi. Futbol tarixinin ən uğurlu baş məşqçisi sayılan Mourinyonu komandamıza gətirdik. Onunla məqsədimiz təkcə bu günü deyil, gələcəyi də planlaşdırmaqdır. Sizlərin isə bu işi bəyənməmək və ya tənqid etmək haqqınız yoxdur. Biz 99 xal toplayan İsmayıl Kartalı belə tənqid edən insanlarıq. Fənərbaxça tarixində maliyyə baxımından ən dəyərli heyəti qurmuşuq. Keyfiyyətli və təcrübəli bir komanda formalaşdırdığımıza inanırıq".

 

Ali Koç həmçinin uğursuzluqların yalnız ona aid olduğunu bildirib: "Dəfələrlə vurğulamışam əgər uğursuzluq varsa, bunun tək məsuliyyəti klub prezidentinə aiddir. Heç vaxt kimisə bəhanə gətirməmişəm, bundan sonra da gətirməyəcəyəm. Futbol strukturu baxımından əlimizdən gələn hər şeyi etdiyimizə əminik. Lakin futbolda bəzən ağıl və məntiqin belə izah edə bilməyəcəyi hadisələr də baş verir. Qış fasiləsi zamanı heyətimizi gücləndirmək üçün investisiyaları artırdıq. Talişka, Şkriniar və Dieqo Karlosu transfer etdik və onsuz da güclü olan heyətimizi daha da möhkəmləndirdik. Təbii ki, ikincilik heç kimi qane etmir. İllərdir zirvəyə oynayırıq, lakin ikinciliklə kifayətlənmək məcburiyyətində qalırıq. Bəzilərinin 'Fənərbaxça idarəçiliyində zəiflik var' düşüncəsini formalaşdırmaq cəhdlərini qətiyyətlə qınayıram. Biz idarə heyəti olaraq vəzifəmizi və mübarizəmizi davam etdirəcəyik." /APA


OXŞAR XƏBƏRLƏR

Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar - FOTO

On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny&quo...

Təyyarə ilə səyahət edərkən niyə yatmaq məqsədəuyğun deyil?

Amerikanın Orlando şəhərindən 10 illik təcrübəyə malik stüardessa Ale Pedrosa bir çox sərnişinin təyyarə ilə səyahət edərkən bir sıra səhvlərə yol verdiyini bil...

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...