Rektor: "Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq"

Rektor: "Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi üzrə ixtisas olacaq"

Türkiyə-Azərbaycan Universitetində gələcəkdə tibb sahəsi, konkret olaraq tibb bacısı (tibb qardaşı) üzrə ixtisas olacaq.

 

Sfera.az xəbər verir ki, Bunu “Report”-a müsahibəsində Hacettepe Universitetinin rektoru professor Dr. Mehmet Cahit Güran deyib.

 

Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.

 

“Bizim universitetin Naxçıvan Dövlət Universiteti, Naxçıvan Səhiyyə Nazirliyi və dövlət xəstəxanası ilə əməkdaşlığı var. Biz tibb bacısı ixtisasının Azərbaycanda yetərincə dəyərləndirilmədiyini düşünürük”, - o deyib.

 

Rektorun sözlərinə görə, tibb bacısı (yaxud tibb qardaşı) ixtisası üzrə təhsil iki illə natamam qalır, halbuki tam təhsilin alınması mütləqdir. O bildirib ki, Türkiyədə bu ixtisas 4 illik təhsil proqramı ilə başa çatır:

 

“Hacettepe Universiteti olaraq biz buna çox önəm veririk. Çünki onlar həkimlərin ən böyük dəstəkçisidir, yarı həkimdirlər. Bizim universitetimizin, xəstəxanalarımızın böyük uğuru tibb bacısı üzrə kadrların güclü bazada hazırlanmasına əsaslanır. Mərhum İhsan Doğramacı Hoca Hacettepede tibb fakültəsini qurduğu zaman tibb bacısı fakültəsini də yaradıb. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə TAU-da müasir təhsil standartlarına cavab verən güclü kadrlar yetişdirəcəyik”.

 

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

"Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir" - Teymur Musayev

Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naz...

"9-cu sinifi bitirib kosmetoloq işləyir" - Parlamentdə MÜZAKİRƏ

"Bir mərkəz yaradılsın və plastik cərrahlar məhz orada fəaliyyət göstərsinlər."   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçir...

İlham Əliyevin Tiranada Paşinyan ilə qeyri-rəsmi görüşü olub - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış məras...

"Ölkəmizin iqtisadiyyatı və ekologiyasına nə qədər ziyan vurduğumuzu görəcəyik" - Zahid Oruc

"İstiliktəchizat qurumunun durumu bizi narahat etməlidir".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında...

Bu şəxslər 1500 manat cərimə olunacaq

Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar...

Qanunsuz abort edənlərə bu cəza veriləcək - RƏSMİ

Qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək.   Sfera.az xəbər verir ki, bu, Milli Məclis...