Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu ilə bağlı RƏSMİ AÇIQLAMA

Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulu ilə bağlı RƏSMİ AÇIQLAMA

Uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır.

 

Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, 30 iyul 2024-cü il saat 11:00-dan 13 sentyabr 2024-cü il tarixinə qədər uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesində Bakı və Gəncə şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst qəbul aparılacaq.

 

Qeyd edilən tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq. Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

 

Qeyd edək ki, 1 avqust 2024-cü il saat 11:00-dan etibarən isə uşaqların rus bölməsi üzrə üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbuluna start veriləcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...