Bu gün imtahan var


Bu gün imtahan var

İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

 

DİM bir daha abituriyentlərin nəzərinə çatdırır ki, iştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlmək tövsiyə olunur.

 

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- İmtahana buraxılış vərəqəsi;

 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 139 imtahan binası, 2459 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 139 ümumi imtahan rəhbəri, 400 imtahan rəhbəri, 3081 nəzarətçi, 438 buraxılış rejimi əməkdaşı, 139 bina nümayəndəsi cəlb olunub.

 

Bugünkü imtahanlarda I ixtisas qrupu üzrə 22888, IV ixtisas qrupu üzrə 5039, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə 5156 nəfər olmaqla, ümumilikdə 33083 abituriyentin iştirakı nəzərdə tutulur.

 

İmtahanda 50 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.


OXŞAR XƏBƏRLƏR

Buraxılışda250 və daha çox bal toplayanlarınNƏZƏRİNƏ!

Yalnız Milli Müdafiə Universiteti tərəfindən təqdim olunan beynəlxalq təhsil əməkdaşlığı çərçivəsində, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına uni...

Bakı-Qazax yolunda maşın aşdı: yüklər yola səpələndi

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisində...

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb.   Sfera.az&nbs...

Sabah bu ərazilərdə İŞIQ OLMAYACAQ

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətlərində təmir işlərinin aparılması ilə əlaqədar aprelin 22-də bir sıra ərazilərdə elektrik xət...

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyan, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, &...

Bəzi fənlər üzrə monitorinq keçiriləcək - Nazir əmr imzaladı

May-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və...