Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlərə sertifikat verildi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlərə sertifikat verildi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

 

BU barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru Ceyhun Kərəmov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulub. Xüsusilə də yaxın gələcəkdə geri qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır.

 

Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.

 

Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 2 həftədə nəzəri biliklər əldə edir, sonrakı 10 həftədə isə istehsalat təlimi və nəzəri biliklər üzrə tədris alırlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.

 

Bu günə kimi Qəbələ, Gəncə və Mingəçevirdə ümumilikdə 114 nəfər məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən məcburi köçkünlərdən Qəbələ rayonu üzrə 45%-i, Gəncə şəhəri üzrə 26%-i, Mingəçevir şəhəri üzrə 29%-i və işlə təmin olunub.


OXŞAR XƏBƏRLƏR

Daim tüklərinin rəngi dəyişən nadir pişiklər doğuldu - FOTOLAR

Şotlandiyada qeyri-adi unikal pişiklər nadir bir xəstəliklə doğulublar. Qeyd edək ki, bu xəstəlik nəticəsində pişiklərin tükləri daim rəngini dəyişir. Balalar a...

İdmançılarımız Vətənə döndülər - FOTO

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər.   Sfera.az AZƏRTAC-a ...

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...