Artıq bu müəllimlər də sertifikasiya imtahanında iştirak edəcəklər - RƏSMİ

Artıq bu müəllimlər də sertifikasiya imtahanında iştirak edəcəklər - RƏSMİ

"65 yaşdan sonra müəllim kimi fəaliyyət göstərmək iddiası olanların sertifikasiya imtahanında iştirakı arzuolunandır".

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 

"Biz yaşlı müəllimlərimizi əlavə imtahanla yormamaq üçün onları sertifikasiyadan azad etməyi düşünürdük. Lakin bəzi hallarda müəllimlər əmək müqavilələrinin uzadılması barədə müraciət edirlər. Əmək müqaviləsinin uzadılması iddiasında olan müəllimlər əgər 65 yaşından sonra fəaliyyətini davam etdirmək istəyirlərsə, sertifikasiya imtahanı vermələri azruolunandır. Müəllimin nəticəsi barədə məlumatımız olmadıqda onların əmək müqaviləsinin uzadılması haqqında qərar verə bilmirik".

 

E.Bağırov qeyd edib ki, bu ayın sonu keçiriləcək imtahanda 60 yaşdan yuxarı 600 nəfərə yaxın müəllim könüllü iştirak üçün qeydiyyatdan keçib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...