Qalmaqallı verilişin yayımı dayandırıldı


Qalmaqallı verilişin yayımı dayandırıldı

"Show TV"də yayımlanan “Dünya gözəllərim tətildə” proqramının yayımı dayandırılıb. 

 

Sfera.az xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Bildirilib ki, kanal özü verilişin yayımını dayandırmaq qərarı alıb. Buna səbəb proqramda yer alan müğənni Bülənt Ərsoyun 2 həftə əvvəl makiyaj ustası Tolqahan Karataşın proqramın çəkildiyi villaya münasibətdə olduğu kişiləri gətirdiyini iddia etməsi olub. Bunun ardından Ərsoy verilişdən uzaqlaşıb. 

 

Proqramın prodüser şirkəti "Bloom Media" verilişin bölümlərini rəqəmsal platformada və ya yutubda yayımlaya biləcəklərini deyib. Əlavə olunub ki, bununla bağlı yaxın günlərdə qərar veriləcək. 

 

Qeyd edək ki, layihəyə Ərsoyla yanaşı Banu Alkan, Safiye Soyman və Seray Sever çəkilirdi.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...