Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Bu tarixlərdən I sinfə qəbul və məktəb seçimi BAŞLAYIR - Valideynlərin NƏZƏRİNƏ!

Birinci sinfə qəbul üzrə qeydiyyat tarixləri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov brifinqdə deyib.

 

O bildirib ki, Azərbaycan bölməsi üzrə birinci sinfə qəbul 1 may tarixindən başlayacaq:

 

"3 maydan etibarən valideynlər məktəb və müəllim seçə biləcəklər. Tam elektronlaşdırılmış proses 13-14 sentyabra qədər davam edəcək. 130 minə yaxın uşağın 80 mindən çoxu yəni 70 faizi 1 may tarixində bir neçə saat ərzində qəbul olunacaq. Bunlar artıq məktəbəqədər təhsil müəssisələrində təhsil almış uşaqlar olacaq.

 

Rus bölməsinə müraciət edənlər öncə müsahibə üçün 3-17 may tarixində qeydiyyatdan keçəcəklər. İlkin dil bilikləri qiymətləndiriləcək. Müsahibədən keçənlər 30 maya qədər qeydiyyatdan keçəcəklər. Nəticələrdən narazı olanlar üçün apellyasiyalar təşkil ediləcək. 12 iyundan etibarən rus bölməsi üzrə müraciət edən valideynlər məktəb və müəllim seçimi edə biləcəklər", - o bildirib.


Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

Ukraynanın Lvov vilayətinə hücum oldu, ölənlər və yaralananlar var

Ukraynanın Lvov vilayətinin Zoloçev şəhərinin Rusiya tərəfindən atəşə tutulması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.   Sfera.az xəbər verir k...

Sabiq məmurun oğlu qadının üstünə benzin töküb yandırdı... - TƏFƏRRÜAT + FOTO

Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon pr...

Kəlbəcərdə yük maşını aşdı - ÖLƏN VAR

Kəlbəcərin Qamışlı kəndi ərazisində “Volvo” markalı yük maşını aşıb.   Sfera.az xəbər verir ki, nəticədə bir nəfər vəfat edib. &n...

"Dedim, mən heç evlənməmişəm, fikrə getdi..." - Elcan Rəsulov

Aktyor Elcan Rəsulov başına gələn maraqlı hadisədən danışıb.   Sfera.az xəbər verir ki, o, bununla bağlı feysbuk hesabında status yazıb: &nbs...

Ötən ay azad edilmiş ərazilərdə 332 mina AŞKARLANDI

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.   Bu barədə Sfera.az-a Azə...

8 qəzet süni intelekti və dəstəkçisi “Microsoft”u MƏHKƏMƏYƏ VERDİ - MARAQLI SƏBƏB

ABŞ-də səkkiz qəzet “OpenAI” və onun dəstəkçisi olan “Microsoft”u məhkəməyə verib.  Sfera.az xəbər verir ki, məhkəməyə müraciə...