Rusiyalı milyarderlər sərvətlərini daha da ARTIRDILAR - RƏQƏMLƏR

Rusiyalı milyarderlər sərvətlərini daha da ARTIRDILAR - RƏQƏMLƏR

2024-cü ilin ilk dörd ayında 26 rusiyalı milyarderin ümumi sərvəti 14,895 milyard dollar artıb. 

 

Sfera.az "Bloomberg Billionaires Index"ə istinadən xəbər verir ki, ən zəngin rusların siyahısına Vladimir Potanin, Vahid Ələkbərov və Vladimir Lisin başçılıq edir.


Eyni zamanda, sərvətini ən çox artıran 5,34 milyard dollarla Andrey Melniçenko olub. (Eurochem və SUEK-in keçmiş ortaq sahibi) Onun sərvəti 24,2 milyarda çatıb ki, bu da ona reytinqdə altıncı yerə yüksəlməyə imkan verib.

 

Vladimir Potanin (Norilsk Nikel) 31,3 milyard dollar sərvətlə lider mövqeyini qoruyub. İkinci və üçüncü yerləri 27,4 milyard dollarlıq sərvətlə Vahid Ələkbərov (“Lukoyl”) və Vladimir Lisin (NLMK) bölüşdürüb.

 

Leonid Mixelson (Novatek-in ortağı) 25,9 milyard dollar kapitalla dördüncü yerə düşüb, Aleksey Mordaşov (Severstal) 4,22 milyard dollarlıq kapitalla beşinci yerdə qərarlaşıb.

 

Əzizə 


 

 


OXŞAR XƏBƏRLƏR