Yeni bir dil öyrənmək üçün hansı üsullardan istifadə etməliyik? - AÇIQLAMA

Yeni bir dil öyrənmək üçün hansı üsullardan istifadə etməliyik? - AÇIQLAMA

Yeni bir dil öyrənmək çoxlarının arzusudur. Lakin insanlar yeni dil öyrənməyin asan olmadığını düşünür və necə başlayacaqlarını bilmirlər.


Bəs yeni dil öyrənmək üçün hansı üsullardan istifadə edə bilərik?


Mövzu ilə bağlı Sfera.az-a danışan ingilis dili müəllimi Aysel Əmirova bildirib ki, yeni dil öyrənməyi qarşıya məqsəd qoyan şəxslər əvvəlcə bu dildə sözlər öyrənməlidirlər:


"Başlanğıc səviyyədə olan zaman söz bazası genişləndirilməlidir. Çünki xarici dildə çox söz bilmək dili öyrənmək baxımından çox önəmli faktordur. Daha sonra isə xarici dildə filmlər izləmək daha məqsədəuyğundur. Çünki insanlar müəyyən vaxtdan sonra izlədiyi filmləri sərbəst şəkildə tərcümə edə bilərlər".


Aysel Əmirova qeyd edib ki, öyrənilən dil barədə müəyyən qədər anlayış varsa, fərqli metodlardan istifadə etmək lazımdır: 


"Bu dildə kimləsə dialoq qurmaq, mütəmadi olaraq "listeninglər" dinləmək öyrənməyi asanlaşdıran üsullardandır. Hər gün praktiki olaraq dilin üzərində çalışmaq lazımdır. Çünki daimi praktika etmədikdə öyrənilən informasiyalar yaddan çıxa bilər. Bu dildə esse yazaraq da öyrənmək ən önəmli üsullardan biridir. Daim araşdırma etmək, yeni sözlər öyrənmək olduqca vacibdir".


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR