Abituriyentlərin DİQQƏTİNƏ! - Bu ildən II və III ixtisas qrupları...

Abituriyentlərin DİQQƏTİNƏ! - Bu ildən II və III ixtisas qrupları...

Bu ildən etibarən Heydər Əliyev adına Hərbi İnstituta II və III ixtisas qrupları üzrə də qəbul aparılacaq.

 

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev bildirib.

 

“II ixtisas qrupu üzrə “Menecment” ixtisasına, III ixtisas qrupu üzrə isə “Beynəlxalq münasibətlər” və “Tarix” ixtisaslarına tələbə qəbulu mümkün olacaq”.

 

Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

 

 Bu institut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR