DİM 7 apreldə keçirilmiş buraxılış imtahanı ilə bağlı MÜHÜM MƏLUMAT YAYDI

DİM 7 apreldə keçirilmiş buraxılış imtahanı ilə bağlı MÜHÜM MƏLUMAT YAYDI

2024-cü il aprelin 7-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, düzgün cavablarla  //dim.gov.az/news/13058/ linkində tanış ola bilərsiniz.

 

Qeyd edilib ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR