Kamran İsmayılova VƏZİFƏ VERİLDİ - DOSYE + FOTO

Kamran İsmayılova VƏZİFƏ VERİLDİ - DOSYE + FOTO

Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə müdir təyin edilib.


Sfera.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib.


 
Qeyd edək ki, Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 

 

Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb.   


 
Kamran İsmayılov Xətai Rayon İcra Hakimiyyətində İctimai təşkilatlar və siyasi partiyalarla iş, İctimai siyasət və humanitar məsələlər şöbəsinin müdiri, həmçinin "Azərsun Holdinq"də müxtəlif vəzifələrdə çalışıb. 


 
Xatırladaq ki, bu təyinata qədər Kamran İsmayılov Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR