Bu kollecin direktoru vəzifəsindən AZAD EDİLDİ
![Bu kollecin direktoru vəzifəsindən AZAD EDİLDİ](https://sfera.az/photo/orginal/2024/04/01/1711953628_1711609527_ae1e1d5210b5a41dd3b0e4b5516e4db5kreslo-jpg.jpg)
Təhsil
10:40 / 01.04.2024
8357
Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib. Monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib. Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.