Xaricdə təhsil almaq niyə çətindir? - Ekspertdən AÇIQLAMA
Xaricdə təhsil almaq çox insanın arzusudur. Bu təhsilin özünəməxsus üstünlükləri və bir sıra çətinlikləri var.
Bəs xaricdə təhsilin hansı üstünlükləri və çətinlikləri var?
Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, xaricdə təhsilə marağın artmasının əsas səbəblərindən biri də iş imkanlarının çox olmasıdır.
"Təhsilin keyfiyyəti də əsas faktorlardan biridir. Bildiyimiz kimi, ölkəmizdə ixtisaslı kadr yetişdirmək asan deyil. Xaricdə təhsilin əsas üstünlüklərindən biri də daha geniş təcrübələr vəd etməsidir. Bu tələbələr təhsil aldıqları ölkənin mədəniyyətinə, təhsil sisteminə bələd olurlar. Belə olduğu təqdirdə ölkələrinə geri qayıtdıqları zaman öyrəndikləri bilikləri və təcrübələri tətbiq edirlər".
Mütəxəssisin sözlərinə görə, xaricdə təhsil alan tələbələrin ən böyük problemi adaptasiya məsələsidir:
“Həmin mühitə uyğunlaşa bilmirlər. Burada psixoloji amilləri də qeyd etmək olar. Ailədən uzaqda və yad bir ölkədə tək qalmaq psixoloji narahatlıq yarada bilər.Qeyd edək ki, xarici ölkələrdə ən çox tələbat olan ixtisaslar Komputer mühəndisliyi, tibb və mühəndislik sahəsidir".
Ülkər Abdurahmanlı