Ətrabə Gülə yüksək VƏZİFƏ VERİLDİ - FOTO
![Ətrabə Gülə yüksək VƏZİFƏ VERİLDİ - FOTO](https://sfera.az/photo/orginal/2024/03/27/1711536755_c1cccded-8e53-4930-9686-990146aba118.jpg)
14:44 / 27.03.2024
7784
Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat olub.
Bu barədə Sfera.az-a universitetdən məlumat verilib.
Qeyd edilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
Ətrabə Gül 2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb.